Xəbər lenti

Ekonomiks 12:57 08.06.2026

"AzerGold" sədrinin müşaviri vəzifəsindən ayrıldı

"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinin müşaviri vəzifəsindən azad olunub.

Qayanrinfo-nun əldə etdiyi məlumata görə, QSC sədri Zakir İbrahimovun müvafiq əmri ilə Müşfiq Məmmədlini öz istəyi ilə vəzifəsindən azad edilib. 

"AzerGold"dan sorğumuza cavab olaraq bildirilib ki, müşavir Müşfiq Məmmədli öz ərizəsi əsasında, öz istəyi ilə tutduğu vəzifədən ayrılıb. Onun əmək münasibətlərinə xitam verilməsi şəxsi müraciəti ilə əlaqəlidir.

Qeyd edək ki, Zakir İbrahimovun müşavirlərinin sayı 10-dan 9-a enib. Hazırda Şahbəddin Musayev, Anar Abdullayev, Əli Əhmədov, Ayşəm Qələmiyeva, Leyla Sadıxova, Elçin Qasımov, Emin Aslanov və Erkin Vəliyev, Fuad Babayev "AzərGold” sədrinin müşavirləridir. 

Aydın
--> -->