Hindistanlı yazıçı Savadattinin həyat yoldaşı meymunun hücumundan sonra vəfat edib
Hindistanlı yazıçı və ictimai xadim M. S. Savadattinin həyat yoldaşı Nacəmünnisa Begum meymunun hücumundan sonra vəfat edib.
Qaynarinfo xəbər verir k, bu barədə "ndtv.com" məlumat yayıb.
Begum Koppal şəhərində evinin yaxınlığında gəzərkən vəhşi heyvan onun üzərinə hücum edib. Hadisə müşahidə kamerasına düşüb. Qadının qızı anasına kömək etmək üçün hadisə yerinə qaçıb və meymunun hücumundan xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Yazıçının həyat yoldaşının vəziyyəti əvvəlcə stabilləşsə də, daha sonra pisləşib. Hadisədən bir gün sonra qadın vəfat edib. Onun 91 yaşı olub.
Aydın
Şərhlər