Xəbər lenti

Foto 18:37 29.02.2024

"Azersun Holding" beynəlxalq tədbirin dəstəkçisi oldu (FOTO)

Hər zaman ölkəmizdə təşkil edilən beynəlxalq və yerli tədbirlərdə yaxından iştirak edən "Azersun Holding” növbəti dəfə ənənəsinə sadiq qalıb.

Bu dəfə adıçəkilən şirkətlər qrupu «World HR SUMMIT 2024 with Dave Ulrich»  tədbirinə "Gold Sponsor” qismində dəstək verib. 

Ölkəmizə ilk dəfə səfər edən "insan resurslarının atası” adlandırılan Deyv Ulrixin çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Dünyanın 50 ölkəsindən, 500-dən artıq qonağın qatıldığı tədbirdə "Azersun Holding”in  insan resursları sahəsində tətbiq etdiyi yeniliklərlə bağlı məlumat verilib.

Tədbir çərçivəsində mükafatlandırılan mütəxəssislərə holdinq tərəfindən hədiyyələr verilib. 

Tədbirin keçirildiyi məkanda "Azersun Holding”in stendi də quraşdırılıb ki, burada ziyarətçilərin sualları cavablandırılıb. 

Qeyd edək ki, "Azersun Holding” 20.000-ə yaxın insanı daimi iş yeri ilə təmin edir, şirkətlər qrupu tərəfindən istehsal olunan məhsullar dünyanın 40-dan artıq ölkəsinə ixrac edilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->