Xəbər lenti

Bakı Konqres Mərkəzi ağır texnika satan şirkətdən 2,6 milyonluq xidməti avtomobil alır
Ekonomiks 17:49 02.04.2026

Bakı Konqres Mərkəzi ağır texnika satan şirkətdən 2,6 milyonluq xidməti avtomobil alır

Bakı Konqres Mərkəzi "Ramma" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo-nun məlumatına görə, müqavilədə xidməti minik avtomobillərinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 2 639 070 manatdır. 

Mərkəz bu məbləğə D seqmenti (orta sinif) üzrə 21, E seqmenti (üst orta sinif) üzrə isə 15 ədəd sedan tipli xidməti minik avtomobili almağı planlaşdırır. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Ramma” QSC 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin qanuni təmsilçisi Tahir Məmmədovdur. 

"Ramma” QSC-nin internet səhifəsində şirkətin ağır texnika satışı ilə məbğuldur. Şirkət Develon, Shacman, Shantui, Lovol və Solis kimi brendlərin Azərbaycandakı rəsmi distribütorudur.

Tahir Məmmədov haqqında isə heç bir məlumat yoxdur. 

Seyid
--> -->