Xəbər lenti

Toylar azalır, qiymətlər artır:
Maqazin 18:57 02.04.2026

Toylar azalır, qiymətlər artır: "Gənclər evlənmək istəmir"

Şou-biznes nümayəndələrinin bir qismi toy qiymətlərini artırıb. 

Qaynarinfo xəbər verir ki, sənət adamları qiymət artımını son 3 ayda müşahidə olunan bahalaşma ilə əlaqələndirirlər. 

Şadlıq evlərindən verilən məlumata görə, müğənnilər yarım saatlıq toy qiymətlərini təxminən 20 faiz artırıblar. 

Müğənni Nadir Qafarzadə isə Qaynarinfo-ya açıqlamasında toylarla bağlı vəziyyətin əslində daha acınacaqlı olduğunu bildirib:

"Toylar var ki, qiyməti də qalxsın? Mənim bu barədə məlumatım yoxdur. Son 10 ildə toyların sayı kəskin azalıb. Gənclər evlənmək istəmir. Evlənənlər də toylarını kiçik mərasimlə keçirirlər. Yaxın 10 ildə ümumiyyətlə toyların olmayacağını düşünürəm".

Nadir Qafarzadə bu vəziyyəti gənclərin ailə qurmaq istəməməsi ilə əlaqələndirib:

"Yaşı çatan qız və oğlanlar evlənməyə tələsmir, ailə qurmaq istəmirlər. Statistika da bunu təsdiqləyir, əvvəlki kimi toy-düyün yoxdur. Əlbəttə, ruzini verən Allahdır. Allah bəndəni yaradanda onun ruzisini də verir. Ruzi varsa, o gələcək".

Bahar Rüstəmli
--> -->