Xəbər lenti

Bakı metrosunda faciəli şəkildə ölən kişi tanınmış şəxsin qardaşıdır
Ölkə 13:25 04.06.2024

Bakı metrosunda faciəli şəkildə ölən kişi tanınmış şəxsin qardaşıdır

Xəbər verdiyimiz kimi, iyunun 2-də 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayev Bakı Metropoliteninin "28 May” stansiyasında dəmir yolu xəttinin üzərinə düşüb və yaxınlaşan qatarın altında qalaraq ölüb.

Faciəli şəkildə dünyasını dəyişən Ş.Abdullayev tanınmış şəxsin qardaşıdır. Belə ki, Şərafəddin Abdullayevin qardaşı Səxavəddin Abdullayev uzun illər Daxili İşlər Nazirliyinin Maliyyə-plan İdarəsinin rəisi vəzifəsində çalışıb və polis polkovnikidir. Səxavəddin Abdullayev daha əvvəl Maliyyə Nazirliyində də vəzifədə çalışıb.

Mərhum Ş.Abdullayevin isə daha əvvəl Fövqəladə Hallar Nazirliyində çalışması və təqaüddə olması bildirilib./Publika.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->