Xəbər lenti

Bakı metrosunda problem: Sərnişinlər
Ekonomiks 10:46 04.04.2024

Bakı metrosunda problem: Sərnişinlər "28 May"da qatardan düşürüldü

"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-Dərnəgül" (Yaşıl xətt) üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq yarandığından, normativlərə uyğun olaraq, sərnişinlər "28 May" stansiyasında düşürülüb.

Qaynarinfo xəbər verir ki, bununla bağlı məlumatı "Bakı Metropoliteni” QSC yayıb.

Məlumata görə, xətdən çıxarılan qatar yenisi ilə əvəz edilib.

Qeyd edilib ki, yaranmış problem qısa müddətdə aradan qaldırılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->