Bakı Metropolitenində qadına qarşı əxlaqsız hərəkət edən şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, hadisə 8 dekabrda, səhər saat 10:00 radələrində metronun Nəriman Nərimanov stansiyasında baş verib.
1979-cu il təvəllüdlü R.S. qatarda Gürcüstan Respublikasının vətəndaşı E.Mamışovaya qarşı qeyri-əxlaqi hərəkətlər edib və ictimai qaydanı pozub. Qadın bu barədə polisə məlumat verib. Zərərçəkmiş iddia edib ki, R.S. əli ilə onun bədəninə toxunub. O, birinci dəfə bunun səhvən olduğunu düşünsə də, sonradan bu hərəkətlərin davam etməsini hiss edib və həmin şəxsin bunu qəsdən etdiyini anlayıb. E.Mamışova ona qışqıraraq hərəkətinin səbəbini soruşub. Bu zaman kişi stansiyada qatardan düşərək uzaqlaşmağa çalışıb. O da öz növbəsində polis əməkdaşına şikayət edərək müvafiq tədbirin görülməsini xahiş edib.
R.S. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi protokol tərtib edilib və işə məhkəmədə baxılıb. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək bildirib ki, bilmədən E.Mamışovaya toxunduğunu bildirib.
Məhkəmənin hökmü ilə R.S. 15 gün müddətinə həbs edilib.
Aydın
Şərhlər