"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün Niderlandın "Ayaks" klubu ilə üz-üzə gələcək.
Qaynarinfo-nun məlumatına görə, Liqa mərhələsinin VI turunun oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Matç saat 21:45-də start götürəcək. Görüşü sloveniyalı FIFA referisi Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Azərbaycan klubu hazırda turnir cədvəlində 7 xalla 21-ci pillədə qərarlaşıb. Əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan qonaqlar sıfır xalla sonuncu-36-cı sıradadır.
Çempionlar Liqası
Liqa mərhələsi
VI tur
10 dekabr
21.45 Qarabağ (Azərbaycan) - Ayaks (Niderland)
Hakimlər: Rade Obrenoviç, Yuri Praprotnik, Qreqa Kordez, Mateo Tozan (Sloveniya).
VAR: Matej Juq (Sloveniya).
AVAR: Alen Borosak (Sloveniya).
Tofiq Bəhramov adına Respublika Stadionu.
Şərhlər