Xəbər lenti

Şəhid atası vəfat etdi (FOTO)
Ölkə 10:19 10.12.2025

Şəhid atası vəfat etdi (FOTO)

Vətən müharibəsi şəhidi əsgər Nicat Nəsibovun atası vəfat edib.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin atası Səməd Nəsibov uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Mərhum Qazaxda dəfn edilib.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü N. Nəsibov 2020-ci il oktyabrın 27-si Qubadlıda gedən döyüşlər zamanı şəhid olub. Qazax rayonunun Birinci Şıxlı kəndində torpağa tapşırılıb.

O, ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” və "Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->