XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bakıda Ahıska türklərinin sürgün tarixindən bəhs edən sərgi keçiriləcək
Ölkə12:53 20.08.2026

Bakıda Ahıska türklərinin sürgün tarixindən bəhs edən sərgi keçiriləcək

Avqustun 21-dən 28-dək Bakıda “Ahıska türkləri: itirilmiş sürgünün izi ilə” adlı sərgi təşkil olunacaq.

Qaynarinfo xəbər verir ki, sərgi Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək.

Sərginin açılış mərasimi avqustun 21-də baş tutacaq.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və Dünya Ahıska Türkləri Birliyinin baş direktoru Ziyatdin Kassanov çıxış edəcəklər.

Sərgidə Ahıska türklərinin sürgün tarixi, onların yaşadığı faciələr və keçdiyi tarixi yol əks etdiriləcək.