Yelo Bank rəqəmsal investisiya platforması olan Yelo Invest vasitəsilə yerli kapital bazarlarında investorlar üçün geniş imkanlar təqdim edir. İstifadəçilər tətbiq üzərindən ABŞ maliyyə bazarları ilə yanaşı, yerli bazara da tam çıxış əldə edərək ölkənin aparıcı şirkətlərinin səhmlərini birbaşa portfoliolarına əlavə edə bilərlər.
Xatırladaq ki, Yelo Invest vasitəsilə ABŞ-nin tanınmış dünya brendlərinin real səhmlərini də heç bir say məhdudiyyəti olmadan, həm tam, həm də hissəvi şəkildə əldə edərək həmin şirkətlərin payçısına çevrilmək mümkündür. Sifarişləri Amerika fond birjasının iş saatları (17:30–00:00), eləcə də “premarket” və “aftermarket” rejimində yerləşdirmək olar.
Əməliyyatlar AZN və USD valyutalı Yelo kartları və ya Yelo Bank-dakı aktiv cari hesabı vasitəsilə həyata keçirilir. Platformanın rahat interfeysi isə portfeli idarə etməyi və gələn dividendləri izləməyi maksimum sadələşdirir.
Xidmət haqqında daha ətraflı məlumat üçün keçid et: https://ylb.az/yelo-invest.
Qeyd edək ki, Yelo Invest xidməti “Unicapital İnvestisiya Şirkəti” ASC (Lisenziya № 087910) vasitəsilə təqdim olunur.
Bank xidmətləri ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Şərhlər