ABŞ Ordusunun Corciya ştatındakı Fort-Stüart bazasında yerləşən piyada diviziyası müqavilələrini ən azı iki il uzadan hərbçilərə GTA VI oynamaq üçün dörd günlük məzuniyyət təklif edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.
Nəşrin məlumatına görə, məzuniyyət əldə etmək üçün hərbçilər müqavilələrini avqustun 1-dən noyabrın 14-dək olan müddətdə uzatmalıdırlar.
Polkovnik-leytenant Endjəl Tomkonun sözlərinə görə, mühəndis batalyonunda xidmət edən 130 hərbçidən 20-si müqaviləsini artıq uzadıb.
Tomko bildirib ki, GTA VI üçün məzuniyyət ideyası karyera üzrə məsləhətçiyə məxsusdur. Onun sözlərinə görə, məsləhətçi "yenilənmiş yaradıcı təşviq proqramı" təklifi ilə diviziya rəhbərliyinə müraciət edib. Bu təşəbbüs 2027-ci maliyyə ili üçün müqavilələrin uzadılması planlarının yerinə yetirilməsinə kömək etməlidir.
Aydın
Şərhlər