Xəbər lenti

Bakıda arvadına xəsarət yetirdi, Çinə qaçdı - Xianyangda saxlanıldı
Ölkə 10:48 26.11.2025

Bakıda arvadına xəsarət yetirdi, Çinə qaçdı - Xianyangda saxlanıldı

Noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək ölkədən qaçan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Qaynarinfo-ya verilən xəbərə görə, aparılan araşdırmalarla müəyyən olunub ki, 1969-cu il təvəllüdlü Rüstəm İbrahimov hadisəni törətdikdən sonra ölkə ərazisini Türkiyə istiqamətində tərk edib və oradan Çinə gedib.

DİN əməkdaşlarının Çin Xalq Respublikasının hüquq-mühafizə orqanları ilə birgə keçirdikləri tədbirlər nəticəsində R.İbrahimov Çinin Xianyang şəhərində saxlanılıb.

Hazırda onun Azərbaycana gətirilməsi üçün müvafiq tədbirlər görülür.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->