Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumu başlayıb.
"Report"un məlumatına görə, tədbir Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən təşkil olunub.
Forum D-8-ə üzv ölkələrin məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərlərini, digər yüksək vəzifəli nümayəndələri və sahə üzrə tanınmış ekspertləri bir araya gətirib.
Tədbir çərçivəsində regional və beynəlxalq müstəvidə informasiya mübadiləsinin təkmilləşdirilməsi, media sahəsində əməkdaşlığın gücləndirilməsi, dezinformasiyaya qarşı mübarizə üzrə birgə mexanizmlərin formalaşdırılması, rəqəmsal media istiqamətində birgə layihələrin təşviqi və təcrübələrin paylaşılması məsələləri müzakirə olunacaq.
Forum çərçivəsində həmçinin "Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya" və "Strateji kommunikasiya və böhranın idarə olunması" mövzularında iki panel sessiyanın, eyni zamanda, "Rəqəmsallaşan dünyada media etikası: Texnologiyalar, trendlər və narrativlər" mövzusunda vörkşopun təşkili planlaşdırılır.
Xatırladaq ki, forumda 8 ölkədən və təşkilatın Katibliyindən 71 xarici nümayəndə olmaqla ümumilikdə 150-yə yaxın qonaq iştirak edir.
Şərhlər