Xəbər lenti

Ərazi məsələləri və hərbi razılaşmalar: Trampın
Dünya 10:32 21.11.2025

Ərazi məsələləri və hərbi razılaşmalar: Trampın "sülh planı"nın məzmunu - 28 MADDƏ

ABŞ-ın Rusiya-Ukrayna müharibəsinin nizamlanmasına dair hazırladığı yeni plan 28 bənddən ibarətdir. 

Qaynarinfo xəbər verir ki, xarici media bu planın bütün müddəalarını yayıb. Qeyd olunub ki, bəndlər hələ dəyişdirilə bilər.

Məlumata görə, plan aşağıdakı əsas məqamları ehtiva edir:

1. Ukraynanın suverenliyi təsdiqlənəcək.

2. Rusiya, Ukrayna və Avropa arasında tam və hərtərəfli hücum etməmək haqqında saziş imzalanacaq. Son 30 ilin bütün mübahisəli məsələləri həll edilmiş hesab olunacaq.

3. Rusiyanın qonşu ölkələrə müdaxilə etməyəcəyi, NATO-nun isə daha genişlənməyəcəyi gözlənilir.

4. ABŞ vasitəçiliyi ilə Rusiya və NATO arasında təhlükəsizlik məsələlərinin həlli və deeskalasiya üçün dialoq aparılacaq.

5. Ukraynaya etibarlı təhlükəsizlik təminatları veriləcək.

6. Ukrayna Silahlı Qüvvələrinin sayı 600 min nəfərlə məhdudlaşdırılacaq.

7. Ukrayna Konstitusiyada NATO-ya qoşulmayacağını rəsmiləşdirəcək, NATO isə öz nizamnamələrinə Ukraynanın gələcəkdə qəbul edilməyəcəyini daxil edəcək.

8. NATO Ukrayna ərazisində qoşun yerləşdirməməyə razılaşacaq.

9. Avropa qırıcıları Polşada yerləşdiriləcək.

10. ABŞ-ın təminatı:
– ABŞ təminata görə kompensasiya alacaq.
– Ukrayna Rusiyaya hücum edərsə, təminat qüvvədən düşəcək.
– Rusiya Ukraynaya müdaxilə edərsə, qlobal sanksiyalar bərpa olunacaq və saziş üzrə bütün güzəştlər ləğv ediləcək.
– Ukrayna əsassız olaraq Moskva və ya Sankt-Peterburqa raket atarsa, təminat etibarsız sayılacaq.

11. Ukrayna Aİ-yə üzvlük hüququna malik olacaq və məsələ müzakirə edilənə qədər Avropa bazarına qısamüddətli üstünlük əldə edəcək.

12. Ukraynanın bərpası üçün geniş qlobal paket:
– Yüksək texnologiyalar, məlumat emalı mərkəzləri və süni intellekt sahələrinə investisiya üçün Ukrayna İnkişaf Fondu yaradılacaq.
– ABŞ Ukrayna ilə qaz infrastrukturu üzrə birgə bərpa və inkişaf layihələri həyata keçirəcək.
– Müharibədən zərər çəkmiş ərazilərin bərpası.
– İnfrastrukturun inkişafı.
– Faydali qazıntıların və təbii sərvətlərin hasilatı.
– Dünya Bankı xüsusi maliyyə paketi hazırlayacaq.

13. Rusiyanın qlobal iqtisadiyyata reinteqrasiyası:
– Sanksiyaların mərhələli şəkildə qaldırılması müzakirə ediləcək.
– ABŞ-la enerji, təbii sərvətlər, infrastruktur, süni intellekt və digər sahələr üzrə uzunmüddətli əməkdaşlıq sazişi bağlanacaq.
– Rusiya "G8”ə geri dəvət olunacaq.

14. Dondurulmuş rus aktivlərinin istifadəsi:
– 100 milyard dollar dəyərində rus aktivləri Ukraynanın bərpasına yönəldiləcək, ABŞ bu layihədən gəlirin 50 faizini alacaq.
– Avropa əlavə olaraq 100 milyard dollar ayıracaq.
– Dondurulmuş Avropa aktivləri açılacaq.
– Qalan rus aktivləri ABŞ-Rusiya investisiya fonduna yönəldiləcək.

15. Sazişin icrasına nəzarət üçün ABŞ-Rusiya təhlükəsizlik işçi qrupu yaradılacaq.

16. Rusiya Avropa və Ukraynaya qarşı hücum etməmək siyasətini qanunvericiliklə təsbit edəcək.

17. ABŞ və Rusiya nüvə silahlarının yayılmaması üzrə müqavilələri, o cümlədən "SNO-1”i uzadacaq.

18. Ukrayna Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə uyğun olaraq qeyri-nüvə dövləti statusunu təsdiqləyəcək.

19. Zaporojye Atom Elektrik Stansiyası MAQATE nəzarəti altında işə salınacaq, enerji 50:50 Rusiyaya və Ukraynaya bölünəcək.

20. Hər iki ölkə tolerantlıq və multikultural dəyərlərlə bağlı təhsil proqramları tətbiq edəcək:
– Ukrayna Aİ-nin dini dözümlülük və dil azlıqlarının müdafiəsi qaydalarını qəbul edəcək.
– Hər iki ölkə diskriminasiya tədbirlərini ləğv edəcək, media və təhsil sahələrində bərabər hüquqlar təmin olunacaq.
– Nasist ideologiyası tam şəkildə rədd ediləcək və qadağan olunacaq.

21. Ərazi məsələləri:
– İşğal altında olan Krım, Luqansk və Donetsk vilayətləri, ABŞ da daxil olmaqla, faktiki olaraq Rusiya ölkələri kimi tanınacaq.
– Xerson və Zaporojye xətt üzrə "dondurulmuş status” alacaq.
– Rusiya digər ərazilərdən imtina edəcək.
– Ukrayna hazırda nəzarət etdiyi Donetsk bölgəsinin bir hissəsindən qüvvələrini çıxaracaq; bu zona demilitarizasiya olunmuş neytral zona olacaq və beynəlxalq səviyyədə Rusiya ərazisi kimi tanınacaq. Rusiya həmin zonaya daxil olmayacaq.

22. Tərəflər gələcək ərazi razılaşmalarını güc yolu ilə dəyişməməyə öhdəlik götürəcək.

23. Rusiya Ukraynanın Dneprdən kommersiya məqsədilə istifadəsinə mane olmayacaq, Qara dənizdən taxıl daşımaları üzrə razılaşma əldə olunacaq.

24. Humanitar komitə yaradılacaq:
– Bütün əsir və cəsədlər "hamı hamıya” prinsipi ilə dəyişdiriləcək.
– Bütün mülki saxlanılanlar və girovlar, o cümlədən uşaqlar geri qaytarılacaq.
– Ailələrin birləşdirilməsi proqramı həyata keçiriləcək.
– Müharibə qurbanlarına yardım tədbirləri görüləcək.

25. Ukrayna 100 gün ərzində seçkilər keçirəcək.

26. Müharibə zamanı iştirak edən tərəflərin hamısına tam amnistiya veriləcək və gələcəkdə iddialar irəli sürülməyəcək.

27. Saziş hüquqi cəhətdən məcburi olacaq, icrasına "Sülh Şurası” nəzarət edəcək və həmin Şuraya Prezident Donald Tramp rəhbərlik edəcək. Pozuntular üçün sanksiyalar nəzərdə tutulacaq.

28. Bütün tərəflər memorandumla razılaşdıqdan sonra atəşkəs qüvvəyə minəcək və tərəflər razılaşdırılmış xəttə çəkildikdən sonra sazişin icrası başlayacaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->