Xəbər lenti

Ölkə 15:00 13.11.2025

"Kamelot Pub"ın işçisi PA-da vəzifəyə adam "təyin etdirirmiş" - 31 minlik dələduzluq

Prezidenti Adminstrasiyasına (PA) işə düzəltmək adı ilə 31 000 manatlıq dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Qaynarinfo xəbər verir ki, Bakıda fəaliyyət göstərən "Kamelot Pub”da işləyən S.Məmmədova N.Quliyevlə birgə vətəndaş Nizam Əliyevdən (şərti) qızını Prezident Adminstrasiyasında məsul işə, qaynı oğlunu isə onun sücüsü təyin etdirəyəcəyini vəd edərək ondan 31 000 manat pul alıb. 

Lakin onlar verdiyi vədi yerinə yetirməyib. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. S. Məmmədova saxlanılıb. N.Quliyev isə intihar edib. 

S.Məmmədovaya Cinayət Məcəlləsinin 178.2.1 (Dələduzluq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;), 178.2.2 (Dələduzluq- təkrar törədildikdə) və 178.2.4 (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib. Onun barəsində əvvəlcə başqa yerə getməmək haqqında iltizam, daha sonra isə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Cinayət işinə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılıb. Məhkəmə zamanı S.Məmmədova özünü qismən təqsirli bilib. O, qeyd edib ki, pulları N.Quliyev alıb. Lakin qarşı tərəf onun dediklərini təkzib edib. 

Məhkəmənin hökmü ilə S.Məmmədovaya 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanılıdığı 4 gün təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 3 il 5 ay 26 gün azadlıqdan məhrum etmə cəzası saxlanılıb. 

Seyid 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->