Xəbər lenti

Bakıda hərbçilərin yürüşü keçirildi (YENİLƏNİB)
Video 12:05 26.06.2025

Bakıda hərbçilərin yürüşü keçirildi (YENİLƏNİB)

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Bakıda hərbçilərin yürüşü keçirilib.

Qaynarinfo xəbər verir ki, yürüş şəhərin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə baş tutub.

10.25
 
Hazırda paytaxt Bakının müxtəlif mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilir.

Qaynarinfo xəbər verir ki, Bakıdakı beş marşrut üzrə yürüşlər saat 12:00-dək davam edəcək.

Bakıda Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – "AMAY” ticarət mərkəzi, Şəhidlər Xiyabanı – "Alov Qüllələri” Kompleksi – "İçərişəhər” metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli, Qəzənfər Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı, "Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti, Nəriman Nərimanov heykəli - Mərkəzi park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi marşrutları üzrə şəxsi heyətin yürüşləri təşkil edilir.

Bununla yanaşı, Gəncə şəhərində Nizami Gəncəvi küçəsi (Bayraq meydanının qarşısı) - Heydər Əliyev küçəsi - Sabir küçəsi - Atatürk küçəsi marşrutu üzrə, Xankəndi və Laçın şəhərlərinin isə mərkəzi küçə və prospektlərində yürüşlər keçirilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->