Xəbər lenti

Ölkə 16:36 25.03.2024

Bakıda hoteldə baş verən yanğın söndürüldü - 25 nəfər təxliyə edildi (YENİLƏNİB)

Bakının Səbail rayonunda baş verən yanğın zamanı 25 nəfər təxliyə edilib.

Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində hər mərtəbəsi 750 m² olan dördmərtəbəli otel binasının ikinci mərtəbəsində sahəsi 9 m² olan saunanın yanar konstruksiyaları yanıb. Yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən 25 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından muhafizə olunub. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
 
14:45

Bakının Səbail rayonunda hoteldə baş verən yanğın söndürülüb.

Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail rayonunun Qəsr küçəsində qeydə alınan yanğını FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qısa müddətdə söndürüblər.

14.30
 
Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində oteldə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən Qaynarinfo-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə və digər zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?