Xəbər lenti

Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
Ölkə 11:20 08.06.2026

Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı

Bakıda 3 yaşlı körpə 8-ci mərtəbədən yıxılıb.

"Report" xəbər verir ki, iyunun 7-si saat 01 radələrində 2023-cü il təəllüdlü M.Ə Xətai rayonu Xocalı prospektində 17 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılaraq ikinci mərtəbədə dam örtüyünün üzərinə düşüb.

Xəstəxanaya yerləşdirilmiş M.Əsgərlinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.
--> -->