Xəbər lenti

Çempionlar Liqası:
İdman 20:57 28.07.2026

Çempionlar Liqası: "Sabah" növbəti mərhələdə (YENİLƏNİR)

Azərbaycan təmsilçisi "Sabah" Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Qaynarinfo xəbər verir ki, Valdas Dambrauskasın komandası Finlandiyada "KuPS"un qonağı olub. 

Bu komandalar arasında ilk oyun "Sabah"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Bugünkü görüşdə isə Azərbaycan klubu 2:0 hesabı ilə qalib gələrək 3-cü təsnifat mərhələsinə yüksəlib.

Bu isə o deməkdir ki, "Sabah" ən azı Konfrans Liqasənda Liqa mərhələsini təmin edib.

"Sabah" ÇL-in 3-cü təsnifat mərhələsində "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunu

28 iyul
KuPS (Finlandiya) - Sabah (Azərbaycan) 0:2
Qollar: Velko Simiç, 53. Coy-Lens Mikels, 70.
KuPS: 1. Yohannes Kreydl, 29. Akseli Puukko, 28. Brahima Maqassa, 4. Kasim Nuhu, 25. Klinton Antvi, 10. Valentin Qask, 22. Sayku Turay, 8. Petteri Pennanen (k), 16. Tommi Jiri, 24. Bob Nii Arma, 11. Ceymi Moreno.
Ehtiyat oyunçular: 12. Hemmo Riihimaki, 37. Kasperi Silen, 3. Saku Heyskanen, 6. Saku Savolaynen, 13. Niilo Kuyasalo, 17. Arttu Heynonen, 19. Kalvin Kabuye, 20. Pyotr Parjişek, 21. Coslin Luyeye-Lutumba, 23. Arttu Lötjönen, 30. Rikardo Arauxo, 33. Taneli Hamaleynen.
Baş məşqçi: Miika Nuutinen.
Sabah: 92. Stas Pakatilov (k), 80. Akim Zedadka, 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 27. Timateuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 21. Velko Simiç, 11. Kahim Parris, 20. Coy-Lens Mikels.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 4. Aden Makarti, 6. Abdulah Xaybulayev, 16. Rauf Rüstəmli, 17.ə Tellur Mütəllimov, 23. Yunes Laşab, 33. Erivaldo Almeyda, 34. Xander Severina,  88. Rodriqo Fernandeş, 99. Orfe Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.
Baş hakim: Qal Leybovitz, Roy Hassan, Yossi Babayoff, Dekel Zino (İsrail).
VAR: Daniel Bar Natan (İsrail).
AVAR: Eitan Şumelevitz (İsrail).
Kuopio. Mərkəzi Stadion.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->