Xəbər lenti

Ölkə 19:07 14.03.2024

Bakıda vətəndaşları işə düzəltmək adı altında aldadan şəxs həbs olundu (FOTO)

Bakıda vətəndaşları işə düzəltmək adı altında aldadan şəxs saxlanılıb.

DİN-dən Qaynarinfo-ya bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının vətəndaşlardan daxil olan müraciətlər əsasında keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü Hicran Şeyxov tutulub.

Onun bir neçə şəxsin etimadından sui-istifadə etməklə müxtəlif dövlət qurumlarında işə düzəlməkdə köməklik edəcəyinə dair yalan vədlər verərək zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirdiyi müəyyən edilib.

H.Şeyxov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onun əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə DİN-in "102 - Zəng Mərkəzi”nə, eləcə də ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?