Türkiyənin Bolu şəhərində 78 nəfərin həyatını itirdiyi "Grand Kartal Otel" faciəsi ilə bağlı məhkəmə işində məhkəmə heyəti 20-si həbsdə olmaqla 32 təqsirləndirilən şəxs barədə qərarını açıqlayıb. 
	
Qaynarinfo xəbər verir ki, Bolu 1-ci Ağır Cinayətlər Məhkəməsinin qərarı maraqlı olub.
	
 
Belə ki, məhkəmə heyəti ölən 34 uşaq üçün 11 təqsirləndirilən şəxsin hər birini 34 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edib. Digər ölən 44 nəfər üçün isə qalan təqsirləndiriləm şəxslər 44 dəfə ömürlük həbs cəzası alıb.
	
Qeud edək ki, hökm oxunanlar arasında otel sahibi Halit Ergül, "Grand Kartal A.Ş." İdarə Heyəti üzvləri Emir Aras, Emine Murtezaoğlu Ergül, Elif Aras, Ceyda Hacıbekiroğlu, otel müdiri Zeki Yılmaz, mühasibat müdiri Kadir Özdemir, "Gazelle Otel" müdiri Ahmet Demir, Bolu Bələdiyyə sədrinin müavini Sedat Gülener, Yanğınsöndürmə İdarəsinin müdiri vəzifəsini icra edən Kenan Coşkun və yanğınsöndürən İrfan Acara da olub.
	
Aydın
             
            
Şərhlər