Xəbər lenti

Bakının məşhur universitetində söküntü işləri başlayır
Ölkə 22:41 14.12.2025

Bakının məşhur universitetində söküntü işləri başlayır

Bakı Slavyan Universitetinin tədris binalarında və yataqxanasında cari təmir işləri aparılacaq.

Qaynarinfo Baku.ws-ə istinadən xəbər verir ki, təmir işləri çərçivəsində bir sıra söküntü və hazırlıq işlərinin görülməsi nəzərdə tutulur.

Layihənin ehtimal olunan dəyəri 1 milyon 839 min manat təşkil edir.

Qeyd edək ki, bu işlər universitetin əsas tədris binalarını və yataqxananı əhatə edəcək. Təmir işlərinin başa çatmasından sonra təhsil və yaşayış şəraitinin daha da yaxşılaşdırılması gözlənilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->