ABŞ-ın Florida ştatında bal ayı keçirən 29 yaşlı Ceyk Rozenkrants dənizdə dayandığı zaman ildırım vurması nəticəsində həyatını itirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Hadisə Florida ştatının məşhur Nyu Smirna Biç çimərliyində baş verib. Ceyk Rozenkrants dayaz suda dayandığı vaxt havanın açıq olmasına baxmayaraq, ildırım onu vurub. Hadisənin şahidləri bildiriblər ki, faciənin baş verdiyi ərazidə birbaşa fırtına müşahidə olunmayıb, lakin bir neçə mil aralıda güclü hava hadisəsi qeydə alınıb.
Hadisə yerinə gələn tibbi yardım briqadası Rozenkrantsa ilkin yardım göstərib və reanimasiya tədbirləri həyata keçirib. Daha sonra o, xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Yerli KİV-in məlumatına görə, həmin gün ildırım vurması nəticəsində daha iki nəfər də xəsarət alıb.
Aydın
Şərhlər