Xəbər lenti

III Dünya müharibəsi başlaya bilərmi? - Süni intellektin cavabı
Dünya 17:50 26.06.2025

III Dünya müharibəsi başlaya bilərmi? - Süni intellektin cavabı

Dünyada baş verən münaqişə və müharibələr genişmiqyaslı qanlı savaşa çevrilə bilər, amma bu, hələ açıq sual olaraq qalır.

Dünyadakı vəziyyət ürəkaçan deyil. Ukraynada genişmiqyaslı müharibə artıq dördüncü ildir ki, davam edir, Yaxın Şərqdəki vəziyyət də yaxşı deyil və Hindistan-Pakistan, Çin-Tayvan, Tailand-Kamboca xəttində də gərginlik müşahidə olunur.

Qaynarinfo "Unian"a istinadən xəbər verir ki, bu səbəbdən getdikcə daha çox insan "III Dünya müharibəsi olacaqmı?" sualı ətrafında narahatlıq keçirir. Bu suala cavab almaq üçün süni intellektə (Al) müraciət olunub.

III Dünya müharibəsi nə vaxt başlaya bilər?

2025-ci ilin iyun ayına olan məlumata görə, GPT-4o modelinə əsaslanan ChatGPT III Dünya müharibəsinin tam miqyasda başlanma ehtimalını "orta səviyyədən aşağı" olaraq qiymətləndirir. Lakin riskin artmaqda olduğunu qeyd edir. Cavab yalnız qlobal vəziyyətə dair analizə əsaslanıb və başqa şəxslərin fikirlərini əks etdirmir.

Süni intellektə görə, III Dünya müharibəsinin yaxın zamanda başlamaması üçün əsas səbəblər:

Nüvə çəkindirməsi işləyir: ABŞ, Rusiya və Çin kimi əsas güclər birbaşa toqquşmanın qarşılıqlı məhvetməyə səbəb olacağını anlayırlar. Hətta Karib böhranı kimi gərgin dövrlərdə belə liderlər geri addım ata biliblər.

Vəkalət müharibələri: Ukrayna, Yaxın Şərq və Tayvan kimi regionlarda aparılan müharibələrdə böyük güclər dolayı yolla iştirak edir. Bu, qlobal münaqişə ehtimalını azaldır - lakin tamamilə istisna etmir.

İqtisadi asılılıq: Dekuplinq və sanksiyalara baxmayaraq, dünya iqtisadi, texnoloji və logistika baxımından hələ də bir-birinə bağlıdır. Üçüncü dünya müharibəsi yalnız qlobal iqtisadiyyatı deyil, hakim rejimlərin sabitliyini də dağıda bilər.

Lakin Al aşağıdakı faktorların narahatlıq yaratdığını vurğulayır:

Ukrayna və Avropa: Rusiya-Ukrayna müharibəsi II Dünya müharibəsindən sonra Avropadakı ən ciddi hərbi qarşıdurmadır. Əgər Rusiya NATO ölkəsinə hücum edərsə, bu, Alyansın 5-ci maddəsini işə sala və nüvə dövlətlərini birbaşa müharibəyə cəlb edə bilər.

Tayvan və Cənubi Çin dənizi: Çin Tayvana təzyiqləri artırır, ABŞ isə bölgədə hərbi mövcudluğunu gücləndirir. Təsadüfi bir hadisə – məsələn, təyyarənin vurulması və ya gəminin batırılması – zəncirvari reaksiya yarada bilər.

İran-İsrail-Hizbullah-HƏMAS: Yaxın Şərqdə artıq regional müharibə gedir və daha çox aktoru cəlb edir. ABŞ artıq İranla birbaşa qarşıdurmadadır. Bu, vəziyyəti qlobal miqyasda təhlükəli edir.

Qlobal institutların zəifləməsi: BMT, ATƏT və G20 kimi təşkilatlar sabitləşdirici rolunu getdikcə daha az yerinə yetirir. Dünya ümumi qaydaları və tarazlığı itirir.

Süni intellekt hesab edir ki, III Dünya müharibəsinin nə vaxt başlayacağını demək çətindir. Onun qarşısı hələ alına bilər, lakin risk artır:

"Bu, tək bir münaqişə ilə deyil, onların eyni anda baş verməsi, diplomatiyanın tükənməsi və dövlətlərin daxilindəki sabitsizliklə bağlıdır. Bu, barıt çəlləyinin ətrafında oynamaq kimidir. Hələlik çəllək partlamayıb. Amma alov getdikcə yaxınlaşır".

III Dünya müharibəsi ilə bağlı əvvəlki proqnozlar

Son illərdə bu mövzuda təkcə kahinlər və astrologqlar deyil, siyasi liderlər də açıqlamalar veriblər. Məsələn, Ukrayna prezidenti Volodimir Zelenski NATO-nun Haaqa sammitində bəyan edib ki, Rusiya yaxın 5 il ərzində NATO ölkəsinə hücum edə bilər və bu, Alyansı avtomatik şəkildə qlobal miqyaslı müharibəyə cəlb edər.

ABŞ-ın prezidenti Donald Tramp isə seçki kampaniyası dövründə bəyan etmişdi ki, əgər siyasət istiqaməti dəyişməzsə, bəşəriyyət III Dünya müharibəsinə doğru irəliləyəcək.

Mərhum Roma Papası Fransisk Avropa media nümayəndələri ilə söhbətində bildirmişdi: "III Dünya müharibəsi artıq elan olunub və o, hissə-hissə gedir - yəni lokal münaqişələr birləşərək qlobal alova çevrilə bilər".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->