Xəbər lenti

Balotelli avtomobili ilə qəza törətdi, xəstəxanalıq oldu (VİDEO)
İdman 10:24 24.11.2023

Balotelli avtomobili ilə qəza törətdi, xəstəxanalıq oldu (VİDEO)

"Adana Dəmirspor"un ulduzu Mario Balotelli İtaliyanın Breşiya şəhərində yol qəzası keçirib.

Qaynarinfo-nun məlumatına görə, təcili yardım maşını ilə xəstəxanaya çatdırılan Balotellinin xəsarət almadığı bildirilib. Zədələnmiş avtomobildən çıxarılaraq təcili yardımla xəstəxanaya çatdırılan Balotellinin qəzadan xəsarət almadan sağ çıxdığı bildirilib.

Digər tərəfdən, İtaliya mediası futbolçunun alkoqol testindən imtina etdiyi, həmçinin avtomobilindən təcili yardıma tərəf gedərkən büdrədiyi müşahidə edildiyini yazıb.

 
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->