Xəbər lenti

İdman 19:00 21.01.2024

Balotelli yenidən A Seriyasında?

Türkiyənin "Adana Dəmirspor" klubunun futbolçusu Mario Balotelli İtaliya təmsilçisi "Salernitana"ya keçə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "TuttoSalernitana" məlumat yayıb.

"Salernitana"nın baş direktoru klub sahibini Balotellinin kluba faydalı olacağına inandırıb. Futbolçu yaxın həftələrdə komandaya qoşulmağa hazırdır.

Balotelli bu mövsüm Türkiyə klubunun heyətində 5 oyun keçirib və 3 qol vurub. Daim qalmaqalların mərkəzində olan 33 yaşlı forvard əvvəllər "İnter", "Mançester Siti", "Milan", "Liverpul", "Nitsa", "Marsel" kimi məşhur klublarda çıxış edib. İtaliya millisində 36 oyun keçirib 14 qol vuran forvard AVRO-2012-nin gümüş, 2013 Konfederasiyalar Kubokunun bürünc mükafatçısıdır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->