2026-cı ilin I rübündə "Bank of Baku”nun xalis mənfəəti 8 milyon 289,32 min manat təşkil edib.
Valyuta.az xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirləri 9 milyon 978,2 min manat və ya 24,49% artaraq 50 milyon 706,89 min manata çatıb. Ötən ilin eyni dövründə bu göstərici 40 milyon 728,69 min manat olub.
Faiz gəlirlərinin əsas hissəsini 46 milyon 595,16 min manat olmaqla müştərilərə verilmiş kreditlərdən əldə olunan gəlirlər təşkil edib.
Bununla yanaşı, bankın faiz xərcləri daha sürətli artıb. Belə ki, faiz xərcləri illik müqayisədə 7 milyon 206,28 min manat və ya 47,72% yüksələrək 22 milyon 306,32 min manata çatıb. 2025-ci ilin eyni dövründə bu rəqəm 15 milyon 100,04 min manat idi.
Faiz xərclərinin əsas hissəsini 21 milyon 133,40 min manat olmaqla depozitlər üzrə ödənilən faizlər formalaşdırıb.
Eyni zamanda, bankın qeyri-faiz xərcləri də artıb. Cari ilin ilk rübündə qeyri-faiz xərcləri 1 milyon 166,72 min manat və ya 5,77% yüksələrək 21 milyon 380,21 min manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 20 milyon 213,49 min manat olub.
Hesabat dövründə bankın öhdəlikləri 198 milyon 589,32 min manat və ya 23,58% artaraq 1 milyard 40 milyon 614,81 min manata yüksəlib. Bunun 813 milyon 245,06 min manatını depozitlər təşkil edib. Ötən ilin eyni dövründə öhdəliklər 842 milyon 25,49 min manat olub.
Bankın kapitalı isə illik müqayisədə 21 milyon 482,27 min manat və ya 13,18% artaraq 184 milyon 515,83 min manata çatıb. 2025-ci ilin eyni dövründə kapital 163 milyon 33,56 min manat təşkil edib.
Ümumi kapital və öhdəliklər isə 220 milyon 71,57 min manat və ya 21,89% artaraq 1 milyard 225 milyon 130,63 min manata yüksəlib. Ötən ilin müvafiq dövründə bu rəqəm 1 milyard 5 milyon 59,06 min manat idi.
Şərhlər