"Barselona" Viktor Osimheni transfer transfer etməkm istəyir. Kataloniya klubu nigeriyalı hücumçu üçün rekord məbləğdə təklif hazırlayır.
Qaynarinfo Afrika mediasına istinadən xəbər verir ki, "Barselona" yay transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün Osimheni hədəfə alıb.
İddialara əsasən, İspaniya klubu 100 milyon avro dəyərində təklif hazırlayır. Bu rəqəm reallaşsa, klub tarixində ən böyük transferlərdən biri olacaq. "Barselona" 2013-cü ildə Neymar üçün 88 milyon avro ödəmişdi. Bu, həm də Türkiyə futbol tarixində də rekord satış olacaq.
Kataloniya klubunda məqsəd aydındır: Yeni hücum xətti qurmaq. 37 yaşlı Robert Levandovski ilə yolların tədricən ayrılması gözlənilir və Osimhenin sürəti, gücü və qol instinkti texniki heyət tərəfindən yüksək qiymətləndirilir.
Bundan əlavə, klubun gənc ulduzu Lamin Yamalın da bu transferə müsbət yanaşdığı bildirilir. "Barselona" yalnız hücumçu almaq deyil, həm də komandanın yeni liderini müəyyən etmək istəyir.
Lakin transfer asan görünmür. "Qalatasaray" Osimhen üçün ən az 130 milyon avro tələb edir. Tərəflər arasındakı bu fərq danışıqlarda əsas maneə kimi göstərilir.
Aydın
Şərhlər