Dünya 11:15 11.11.2023

Bayden Çin rəhbəri ilə Rusiya və İranla bağlı "sərt söhbət" etməyi planlaşdırır

ABŞ prezidenti Co Bayden Çin lideri Si Szinpinlə ABŞ-Çin münasibətlərindəki əsas məsələlər, o cümlədən Pekinin Tehran və Moskva ilə əlaqələri və Ukrayna münaqişəsindəki rolu barədə "sərt söhbət" etməyi planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətinin sözlərinə görə, Amerika lideri Çin rəhbərini İrana təsir göstərməyə inandırmağa ümid edir ki, Tehran Fələstin-İsrail münaqişəsi fonunda Yaxın Şərqdə zorakılığın artmasına və ya yayılmasına hazırlaşmasın. Bayden həmçinin vəd edib ki, Tehrandan hər hansı təxribat olarsa, Vaşinqton dərhal cavab verəcək.

ABŞ prezidenti həmçinin Çin prezidenti ilə ABŞ-da opioidlərin həddindən artıq dozası epidemiyasında Çin tərəfinin rolunu müzakirə etmək niyyətindədir.

İki lider həmçinin insan haqları, eləcə də Tayvan boğazı boyunca və Cənubi Çin dənizində artan gərginlik də daxil olmaqla, çoxillik aktual mövzular barədə danışacaqlar. 

"Politico"ya görə, Bayden Si Szinpinlə görüşü prezidentlik yarışı ərəfəsində ABŞ-Çin münasibətlərini bərpa etmək üçün üzbəüz görüşdə ona təsir etməyə son şansı hesab edir.

Aydın