Dünya 16:50 01.04.2023

Bayden III Çarlzın tacqoymasına getməyəcək, öz yerinə onları göndərəcək

ABŞ prezidenti Co Bayden Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimində iştirak etməyi planlaşdırmır, o öz yerinə nümayəndə heyəti göndərəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə müzakirəyə yaxın mənbələrdən informasiya alan "Telegraph" məlumat yayıb.

Qəzetin həmsöhbətləri, mərasimə Baydenin əvəzinə onun həyat yoldaşı, ABŞ-ın birinci xanımı Cillin gedə biləcəyini bildiriblər.

Tədbirdə iştirak edəcək dövlət başçıları arasında İrlandiya, Fransa, İspaniya, Belçika, Yaponiya, Macarıstan və Monako liderləri, habelə Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Parlamentinin sədri Roberta Metsola və Avropa Şurasının sədri Şarl Mişel var.

III Çarlzın tacqoyma mərasimi 6 may 2023-cü ildə Westminster Abbey-də planlaşdırılır. Yeni monarxla birlikdə onun arvadı Kamilla kraliça zövcəsi kimi tac taxacaq.

Alpər