Dünya 11:40 18.05.2023

Bayden Xirosimada 1945-ci ildə şəhərə nüvə bombası atıldığına görə üzr istəyəcəkmi?

Yaponiyada keçirilən G7 sammitində ABŞ prezidenti Co Bayden ABŞ-ın 1945-ci ildə həyata keçirilmiş Xirosima və Naqasakidəki nüvə bombalarına görə üzr istəməyəcək.
 
Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan brifinqdə deyib.

Baydenin nüvə partlayışlarına görə Birləşmiş Ştatlar adından üzr istəyəcəyini soruşduqda, Sullivan deyib ki, "prezident Xirosimadakı Sülh Xatirə Parkında açıqlama verməyəcək”. Ağ Evin sözçüsü qeyd edib ki, Amerika prezidentinin nöqteyi-nəzərindən "bu görüş ikitərəfli tədbir deyil”.

Sallivan əlavə edib ki, Bayden G7 ölkələrinin digər liderləri ilə birlikdə gül qoyma və digər anım tədbirlərində iştirak edəcək.

Qeyd edək ki, G7 sammiti mayın 19-dan 21-dək Xirosimada keçiriləcək. İştirakçı ölkələr Rusiyaya qarşı sanksiyaların saxlanması, habelə Ukraynaya, o cümlədən infrastrukturun yenidən qurulması və bərpası sahəsində dəstəyi müzakirə edəcəklər.

Alpər