Ölkə 15:48 06.05.2022

“Bayraktar”ın növbəti "əl işi" (VİDEO)

Ukrayna hərbçiləri Rusiya Silahlı Qüvvələrinin müvəqqəti ələ keçirdiyi Zmeinıy adasında Rusiyanın "Tor” taktiki zenit-raket kompleksini məhv edib.

Qaynarinfo xəbər verir ki, bu barədə mayın 6-da "Cənub" əməliyyat komandanlığı müvafiq videonu yayaraq məlumat verib.

Rusiyanın hava hücumundan müdafiə sistemini üç tərəfdən tikili ilə örtüləcək şəkildə yerləşdirdiklərini, lakin bunun da onu "Bayraktar” pilotsuz uçuş aparatından xilas etmədiyini göstərir.

Nizami