Gürcüstanın xalq artisti Vaxtanq Kikabidze deyib ki, o, Putin və rusların üzndən Ukraynada baş verən vəhşilikləri hətta kinoda belə görməyib. O, Rusiya diktatorunu qanlı siyasəti milyonlarla günahsız insanın ölümünə səbəb olan SSRİ-nin rəhbəri İosif Stalinə bənzədib.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, Kikabidze PERVOE RADIO 89.1 fm-də "Qostinnıy dvor" proqramına müsahibəsində bu fikirləri
bölüşüb.
"Putin, görünür, xəstədir, Sovet İttifaqının müdafiəsinə qalxır. Məndə belə bir hiss var. O, Stalini öz vaxtında ziyalıların yarısını güllələyən siyasətçi kimi sevir. Mən də Mixail Saakaşvilidən Putinin Ukraynanı niyə bu qədər sevmədiyini soruşdum. 10 il əvvəl Mişa Rusiya Federasiyasında öyrənib ki, Moskva Kiyev ərazisinə köçürülməlidir və orada olmalıdır. O (Putin - red.) genişlənmək istəyirdi. Mən soyqırımın necə göründüyünü bilmirəm, amma o, dəhşətli işlər görür”, - Kikabidze bildirib.
Alpər
Şərhlər