Xəbər lenti

Bayramov və Əraqçi Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
Siyasət 17:36 01.05.2026

Bayramov və Əraqçi Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli əlaqələri, eləcə də regionda mövcud vəziyyət ətrafında müzakirə aparılıb.

Seyid Abbas Əraqçi tərəfindən İranın son sülh təşəbbüsləri və regionda müharibə vəziyyətinə son qoyulması istiqamətində mövqeyi barədə məlumat verilib.

Tərəflər regionda sabitliyin və təhlükəsizliyin təmin olunması, gərginliyin azaldılması istiqamətində səylərin vacibliyi vurğulayıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
--> -->