Dünya 09:32 23.05.2023

Berbok və Siyarto anti-Rusiya sanksiyalarını müzakirəsi zamanı mübahisə ediblər - "Politico"

Almaniya və Macarıstanın xarici işlər nazirləri Annalena Berbok və Peter Siyarto Avropa İttifaqı xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşü zamanı mübahisə edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" mənbələrinə istinadən yazıb.

Mübahisə Macarıstanın OTP Bank ətrafında olub - Ukrayna bu bankı "müharibənin sponsorları" siyahısına daxil edib, buna görə Macarıstan Aİ-dən hərbi yardımın artırılmasına razılıq verməkdən imtina edir.

Bağlı qapılar arxasında keçirilən görüşdə Siyarto Budapeştin bankla bağlı mövqeyini izah edib. Berbok buna cavab olaraq bildirib ki, OTP Luqansk və Donetsk ərazilərini Rusiya ərazisi kimi tanıyır və Rusiya əsgərlərinə kredit xətti təqdim edir. Siyarto, bankın bəyanatına istinad edərək bu iddiaları rədd edib. O, həmçinin qeyd edib ki, bank rəhbərliyi açıq şəkildə Ukraynaya dəstəyini ifadə edib.

Diplomatlar arasından olan "Politico" mənbələrindən biri mübahisəni "müzakirələr çərçivəsində sivil və normal" adlandırıb. Qəzet qeyd edir ki, mübahisə İsveç və Estoniya kimi digər ölkələrin də "görüş zamanı Macarıstana təzyiq etməsindən” sonra baş verib.

KİV-in məlumatına görə, Macarıstan Rusiya əleyhinə sanksiyaların 11-ci paketini və Kiyevə silah ötürən ölkələrə 500 milyon avro ayrılmasını əngəlləyir. Budapeşt OTP Bank Qrupu "müharibə sponsorları" siyahısında qalana qədər Kiyevə Avropa tranşlarına icazə verməyəcəyini vəd edib. 

Nizami Bağırov