XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Beynəlxalq səyyahların Şuşaya səfəri başladı (FOTO)
Ölkə13:12 08.10.2026

Beynəlxalq səyyahların Şuşaya səfəri başladı (FOTO)

Dünyaşöhrətli beynəlxalq səyyahlar Şuşa şəhərinə səfər ediblər.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, nüfuzlu MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Vilinin başçılıq etdiyi beynəlxalq səyahətçilər heyətinə daxil olan 13 ölkəni təmsil edən səyyahların Şuşaya səfəri başlayıb.

Onlar Şuşaya səfərləri çərçivəsində ilk olaraq İsa bulağına baş çəkiblər. Səyyahlara İsa bulağının yerləşdiyi ərazi, Şuşanın tarixi və təbiəti barədə məlumat verilib.

Səfər çərçivəsində beynəlxalq səyyahlar Şuşanın digər tarixi və mədəni məkanlarını ziyarət edəcəklər.