XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

DTX əməkdaşı: Mürəkkəb nümunələrin genetik identifikasiyası peşəkar yanaşma tələb edir
Ölkə13:36 08.10.2026

DTX əməkdaşı: Mürəkkəb nümunələrin genetik identifikasiyası peşəkar yanaşma tələb edir

"Uzun illər müxtəlif xarici təsirlərə məruz qalmış insan qalıqlarının genetik identifikasiyası mürəkkəb proses olsa da, müasir metodlar və mütəxəssislərin yüksək hazırlığı bu çətinliklərin aradan qaldırılmasına imkan verir".

"Report" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi Tibb Baş İdarəsinin Genetik Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Cəmilə Bayramova itkin şəxslərin identifikasiyası ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, mütəxəssislər əsasən uzun müddət müxtəlif təsirlərə məruz qalmış sümük nümunələri ilə işləyirlər. Zaman, torpağın xüsusiyyətləri, temperatur dəyişiklikləri və digər amillər DNT-nin deqradasiyasına səbəb olaraq tədqiqatı çətinləşdirir və xüsusi yanaşma tələb edir.

C.Bayramovanın sözlərinə görə, belə hallarda genetik analizlər, o cümlədən müasir DNT texnologiyalarından istifadə mühüm rol oynayır. Referens nümunələrin əldə edilməsində yaranan çətinliklərə baxmayaraq, mütəxəssislər mövcud imkanlardan istifadə edərək identifikasiya prosesini davam etdirirlər.

Baş mütəxəssis vurğulayıb ki, əməkdaşların peşəkar hazırlığı, müasir elmi metodların tətbiqi və hər bir nümunəyə fərdi yanaşma mürəkkəb halların həllinə imkan verir.