Xəbər lenti

Bəzi yerlərdə yağış, Şahdağda isə qar yağır - FAKTİKİ HAVA
Ölkə 11:52 12.11.2024

Bəzi yerlərdə yağış, Şahdağda isə qar yağır - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 12-si saat 11:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi bəzi yerlərdə arabir yağış, Şahdağda isə qar yağır.

Milli Hidrometrologiya Xidmətindən Qaynarinfo-ya bildirilib ki, düşən yağıntının miqdarı Naxçıvanda 10 mm, Lənkəran, Lerik, Şahbuzda 9 mm, Neftçala, Qubada 8 mm, Şərurda 7 mm, Biləsuvar, Sədərək, Astara, İmişli, Yardımlı, Cəfərxan, Culfa, Xaçmaz, Ordubad, Altıağac, Qusar, Qrız, Şabran, Tərtər, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Şəmkir, Sabirabadda 5 mm olub.

Naxçıvan, Ordubad, Şəmkir, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Xaltan, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da 5, Aran rayonlarında 11, dağlıq rayonlarda 4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 3 dərəcə şaxta qeydə alınıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->