Binəqədi rayonundan fəaliyyət göstərən "Qarabağ” kafesində oğurluq hadisəsi baş verib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, kafedən "iPhone 16 Pro” markalı telefon oğurlanıb.
Hüquq-mühafizə orqanlarına müraciətdən sonra hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işinə Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, hadisəni törədərkən içkili olub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu 1 gün və həbsdə saxlanıldığı 15 gün 1 günə 2 günə hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 10 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Şərhlər