Xəbər lenti

Bazarda sahədən 3-4 dəfə baha satılan göyərti - Fermer nədən şikayət edir?
Ekonomiks 15:59 09.04.2026

Bazarda sahədən 3-4 dəfə baha satılan göyərti - Fermer nədən şikayət edir?

"Göyərtinin sahədə bir dəstəsinin topdansatış qiyməti 10 qəpiyə başa gəlir".

Bunu Qaynarinfo-ya fermer Anar Abbasov deyib.
 
Onun sözlərinə görə, işbazlar sahədən 10 qəpiyə aldıqları göyərti dəstəsindən 3-4 dəfə artıq pul qazanırlar:

"Bizim dəstələrimiz böyükdür. İşbazlar bu dəstələri aparıb 3-4 yerə bölür və kiçik dəstələr edərək satır. Nəticədə bizdən 4 dəfə artıq pul qazanırlar. Zəhmət, əziyyət isə bizə qalır”.

Fermer əlavə edib ki, təkcə göyərti deyil, bütün tərəvəzlərin topdansatış qiyməti sahədə çox ucuzdur:
 
"Məsələn, kələmin sahədə topdansatış qiyməti 16 qəpikdir. İşbazlar kələmi bizdən alıb topdansatış bazarlarında 36 qəpiyə verirər. Bizim dərdimiz də budur ”.

Fermer bildirib ki, kəndlinin Bakıda birbaşa məhsulunun satılmasına şərait yaradılmalıdır:

"Bizə bazarda yer verirlər, amma elə yer verirlər ki, ora alıcı gəlmir. Əgər bizə "Meyvəli” bazarında yer verilsə, imkan yaradılsa məhsulumuzu gətirib Bakıda satarıq. Məsələn, kələmin bir kiloqramını 35 qəpiyə deyil, 20 qəpiyə verərdik. Göyərtini dı elə 10 qəpiyə Bakıda sataram. Onu kim almaz ki?”

Bahar Rüstəmli
--> -->