Xəbər lenti

Bir ildə iki quruma rəis təyin olunan məmurun yerinə təyinat
Ekonomiks 15:48 20.04.2026

Bir ildə iki quruma rəis təyin olunan məmurun yerinə təyinat

Dövlət Turizm Agentliyinin Mingəçevir Regional Turizm İdarəsinə yeni rəhbər təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Agentliyin sədri Fuad Nağıyevin müvafiq əmri ilə Qurbanzadə Ziya Ziyəddin oğlu sözügedən vəzifəyə gətirilib. O, bundan əvvəl Mingəçevir Regional Turizm İdarəsinfə məsləhətçi vəzifəsində çalışıb. 

Qeyd edək ki, ötən ilin mart ayında Mingəçevir Gənclər Evinin rəhbəri Tural Adil oğlu Kərimov Mingəçevir Regional Turizm İdarəsinə rəis təyin edilmişdi. Bir neçə gün əvvəl isə Tural Kərimov mədəniyyət naziri Adil Kərimlinin müaviq əmri ilə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə rəisi təyin olunub. 


Tural Kərimov 

Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən Qaynarinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, Mingəçevir Regional Turizm İdarəsinin rəisi Tural Kərimov öz ərizəsi əsasında 02.04.2026-cı il tarixindən vəzifəsindən azad olunub. Eyni zamanda, sözügedən vəzifənin icrası müvəqqəti olaraq İdarənin məsləhətçisi Ziya Qurbanzadəyə həvalə edilib.

Aydın
--> -->