Xəbər lenti

Birinci Divizion klubları cəzalandırıldı
İdman 13:05 14.04.2023

Birinci Divizion klubları cəzalandırıldı

AFFA-nın İntizam Komitəsinin inövbəti iclası keçirilib.

Qaynarinfo-nun məlumatına görə, Birinci Divizionun 24-cü turuna həsr olunmuş iclasda qaydalar çərçivəsindən kənara çıxanlar haqqında aşağıdakı cəza tədbirləri görülüb.

"Qəbələ-2” – MOİK oyununda MOİK klubunun futbolçusu Kamil Hüseynov ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanır, klub 20 manat cərimə edilir (maddə 47.1);

"Qəbələ-2” – MOİK oyununa Təcili Tibbi Yardım maşını təyin edilən vaxtdan gec gəldiyinə görə "Qəbələ-2” komandası 40 manat cərimə edilir (maddə 62.2);

"Turan Tovuz-2” – "Mingəçevir” oyununda "Turan Tovuz-2” komandasının futbolçusu Abbas Ağazadə ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanır, komanda 20 manat cərimə edilir (maddə 47.1);

"Şamaxı-2” – "Zaqatala” oyununda "Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilir (maddə 39);

"Şamaxı-2” – "Zaqatala” oyununda "Zaqatala” klubunun futbolçusu İbrahim Qədirzadə ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanır, klub 20 manat cərimə edilir (maddə 47.1);

"Kəpəz-2” – "Neftçi-2” oyununda "Kəpəz-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilir (maddə 39);

"Kəpəz-2” – "Neftçi-2” oyununda meydançaya kənar əşya atıldığına görə "Kəpəz-2” komandası 160 manat cərimə edilir (maddə 51.1);

"İmişli” – "Qarabağ-2” oyunununda "Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilir (maddə 39);

"İmişli” – "Qarabağ-2” oyununda "Qarabağ-2” komandasının futbolçusu Elmir Abbasov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, komanda 160 manat cərimə edilir (maddə 36.1);

"İmişli” – "Qarabağ-2” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "İmişli” klubu 160 manat cərimə edilir (maddə 49.2).

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->