AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. 
	
Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda Birinci Divizionun 12-ci turu çərçivəsində yol verilən əsasnamə pozuntularına görə aşağıdakı qərarlar qəbul olunub.
	
"Zirə-2” – "Zaqatala” oyununda "Zirə-2” komandasının 88 nömrəli oyunçusu Elmar Rəhimov matçın 37-ci dəqiqəsində rəqibi aşkar qol vurma imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulduğu üçün Elmar Rəhimov oyunlardan 1 oyun kənarlaşdırılsın və klub 20 manat cərimə edilsin (maddə 47.2).
	
"Sumqayıt-2” – "Qarabağ-2” oyununda Tibbi Təcili Yardım maşını oyuna təyin olunan vaxtdan gec gəldiyinə görə "Sumqayıt-2” klubu 160 manat cərimə edilsin (maddə 59.4.).
	
"Kəpəz-2” – "İmişli” oyununda polis əməkdaşının oyunöncəsi iclasa gecikdiyinə görə "Kəpəz-2” klubu 40 manat cərimə edilsin (maddə 62.2.).
	
"Kəpəz-2” – "İmişli” oyununda Tibbi Təcili Yardım maşını oyuna təyin olunan vaxtdan gec gəldiyinə görə "Kəpəz-2” klubu 160 manat cərimə edilsin (maddə 59.4.).
 
	
"Qəbələ-2” – "Səbail-2” oyununda "Səbail-2” oyunun protokolunu vaxtında təqdim etmədiyə görə 80 manat cərimə edilsin. (maddə 54).
	
"Qəbələ-2” – "Səbail-2” oyununda "Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün "Səbail-2” klubu 80 manat cərimə edilsin. (maddə 39).
	
MOİK – "Mingəçevir” oyununda Tibbi Təcili Yardım maşını oyuna təyin olunan vaxtdan gec gəldiyinə görə MOİK 160 manat cərimə edilsin (maddə 59.4.).
	
"Araz Naxçıvan” – "Qaradağ Lökbatan” oyununda "Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün 80 manat cərimə edilsin. (maddə 39).
	
Səbuhi Həsənov
	
	
             
            
Şərhlər