Amerikanın aviasiya şirkəti "Boeing" 2025-ci ilin üçüncü rübünün nəticələri barədə hesabat yayıb.
Qaynarinfo xəbər verir ki, 777X təyyarəsinin sertifikatlaşdırılmasının gecikməsi şirkətə əlavə xərclər yaradıb və ümumi itkilər 5,4 milyard dollar təşkil edib.
Hesabata əsasən, kommersiya təyyarələrinin tədarükündə əhəmiyyətli artım nəticəsində şirkətin gəliri 30 faiz yüksələrək 23,3 milyard dollara çatıb. 2024-cü ildə bu göstərici 17,8 milyard dollar olub.
Şirkətin baş direktoru Kelli Ortberq bildirib ki, ABŞ Federal Mülki Aviasiya İdarəsinin oktyabr ayında 737 MAX təyyarələrinin aylıq istehsal sürətinin artırılmasına verdiyi razılıq "Boeing" üçün irəliləyişin göstəricisidir.
"777X modelinin istehsal qrafikindəki gecikmədən məyusuq, lakin təyyarə uçuş sınaqları zamanı yaxşı nəticələr göstərməkdə davam edir. Biz inkişaf proqramlarımızın yekunlaşdırılmasına və fəaliyyətimizin sabitləşməsinə yönəlmişik”, deyə Ortberq şirkətin mətbuat relizində vurğulayıb.
Aydın
Şərhlər