Xəbər lenti

Dünya 13:10 10.03.2024

Boris Conson Karakasa gizli səfər edib, Maduro ilə görüşüb - KİV

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson fevral ayında Karakasa gizli səfər edib və burada Venesuela lideri Nikolas Maduro ilə görüşüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Times" məlumat yayıb.

Mənbə Consonun ailəsi ilə birlikdə istirahət etdiyi Dominikan Respublikasından şəxsi təyyarəsi ilə Karakasa gəldiyini bildirib. Böyük Britaniyanın keçmiş baş naziri Venesuelada 24 saatdan az qalıb.

Conson Maduro ilə Ukraynadakı hərbi münaqişəni Venesuelanın Rusiyaya mümkün silah və digər hərbi texnika tədarükü ilə bağlı şayiələr fonunda müzakirə edib.

O, Maduronun administrasiyasının legitimliyini qəbul etməyən Böyük Britaniya ilə münasibətlərin normallaşdırılması şərtlərini də müzakirə edib. 

Consonun ofisi bildirib ki, xarici işlər naziri Devid Kemeron səfərdən xəbərdardır və keçmiş baş nazir bu barədə ölkədəki ən yüksək vəzifəli Britaniya diplomatı Kolin Diklə bu barədə də danışıb: "Bu, şəxsi səfər idi. Lakin Boris Conson yolda olarkən xarici işlər nazirinə mesaj göndərərək, xəbərdar etdi."

Mənbə bildirib ki, belə bir səfərdə rəsmi müzakirə olmadığı üçün nə icazə tələb olunur, nə də məlumatlandırmaq.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->