Dünya 11:44 07.05.2022

Boris Conson Zelenskinin yun koftasını hərracda satdı - "The Telegraph"

Londonda Ukraynanın ehtiyacları üçün vəsait toplamaq məqsədiylə keçirilən hərracda prezident Vladimir Zelenskinin məşhur yun koftası satılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph" yazır.

Lot 90 min funt sterlinqlə başa çatıb. Başlanğıc qiymət 50 min funt sterlinq olub.

Əlavə edək ki, Böyük Britaniyanın Baş naziri Boris Conson hərrac başlamazdan əvvəl çıxış edib. O, iddiaçıları xəsislik etməməyə çağırıb.

Hərrac zamanı Vladimir Zelenski də çıxış edib. O, Böyük Britaniyanı və daha əvvəl Ukraynaya səfər etmiş "cəsur Boris”i tərifləyib.

Bundan əvvəl xeyriyyə hərracında "Rusiya hərbi gəmisi, ... get!" "Prozorro.Sale" poçt markası 5 milyon qrivnaya satılıb.

Alpər