Xəbər lenti

Dünya 14:09 21.04.2023

Britaniya baş nazirinin müavini istefa verdi - İş yoldoşlarına qarşı zorakılıq...

Böyük Britaniya baş nazirinin müavini, ədliyyə naziri Dominik Raab istefa verib.

Qaynarinfo bu barədə "Reuters”ə istinadən xəbər verir.

Baş nazir Rişi Sunaka Dominik Raabla bağlı 8 rəsmi şikayət edilib. Baş nazirin müavini bu iddiaları təkzib edərək, hər zaman peşəkarcasına fəaliyyət göstərdiyini vurğulayıb. O, istefa ərizəsində şikayətləri qüsurlu adlandıraraq, istintaqın ona qarşı iki fakt aşkarladığını vurğulayıb.

Dominik Raab iş yoldoşlarına qarşı zorakılıq (bullying) iddiaları ilə bağlı yayılan hesabatdan sonra bu addımı atıb. "Twitter"də baş nazir Rişi Sunaka istefa məktubunu göndərən Dominik Raab istintaqın nəticəsini qəbul etməyə borclu olduğunu hiss etdiyini deyib. Ancaq o bildirib ki, bu hesabat təhlükəli bir presedent yaradıb: "Bu, nazirlərə qarşı saxta şikayətləri təşviq edəcək və hökumətimiz və nəticədə Britaniya xalqı adından dəyişikliklərə səbəb olanlara soyuq təsir göstərəcək".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->