Xəbər lenti

Dünya 15:15 03.09.2023

Britaniyalıların cəmi 29 faizi Sunakın işini bəyənir (SORĞU)

Böyük Britaniyada keçirilən rəy sorğusunun nəticələrinə görə, britaniyalıların yalnız 29%-i baş nazir Rishi Sunakın işini bəyəmir.

Qaynarinfo xəbər verir ki, respondentlərin 49%-i isə onun işini bəyənmir. 

Qeyd olunur ki, son iki həftə ərzində baş nazirin təsdiq indeksi iki bənd azalıb.

Eyni zamanda, Böyük Britaniyanın müxalif Leyboristlər Partiyasının lideri Sayrus Starmerə münasibət Sunakla müqayisədə nisbətən yaxşıdır. Onun işini sorğuda iştirak edən britaniyalıların 28%-i bəyənir, 35%-i isə bəyənmir. O, həmçinin respondentlərin 27%-i tərəfindən kimin ən yaxşı baş nazir olacağı ilə bağlı sorğuya başçılıq edir. Sunaka isə 23 faiz güvənir.

May ayında Britaniyanın "YouGov" tədqiqat şirkətinin keçirdiyi sorğunun nəticələri göstərib ki, əhalinin demək olar 60%-i baş nazir Rişi Sunakı dəstəkləmir. Bundan əlavə, sorğu göstərib ki, britaniyalılar müxalifət lideri və Leyboristlər Partiyasının rəhbəri Sayrus Stammerə daha yaxşı münasibət bəsləyirlər. Sorğuda Leyboristlər Partiyası da hakim Mühafizəkarlar Partiyasından daha yüksək yer tutub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->